Türkiyənin “Antalyaspor” futbol klubu baş məşqçisiz qalıb.
Komandanın baş məşqçisi Samet Aybaba son turda “Çaykur Rizəspor”a məğlub olduqdan sonra postundan istefa verib. Bəzi məlumatlara görə, Aybabanın yerinə “Beşiktaş”ın keçmiş baş məşqçisi Tayfur Havutçunun gətiriləcəyi gözlənilir.