Topaz Premyer Liqanın 26-cı turunda “Simurq”la qarşılaşacaq “Rəvan” bu oyunun hazırlıqlarını davam etdirir.
Klubun saytına istinadən verdiyimiz məlumata görə, bu gün məşqdə bütün futbolçular iştirak edib. Sadəcə, Oke Akpoveta və Julio Sezar yüngül zədəli olduqlarından fərdi proqram əsasında çalışıb. Bu futbolçular, həmçinin Lukaş Sapela və Novruz Məmmədov cəzalı durumda olduqları üçün “Simurq”la matçda oynaya bilməyəcəklər.