İtaliya D Seriyasında keçirilən "Fersina" – "Dro" matçında maraqlı hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, "Fersina"nın futbolçusu "fair-pley"ə uyğun olaraq topu rəqib qapıçıya ötürüb. Lakin qapıçı topu ram edə bilməyib və meydan sahibi komanda hesabda önə keçib. Buna rəğmən "Ferinsa"lı futbolçular da qonaqlara qol vurmaq imkanı yaradaraq, "fair-play"a uyğun olaraq hərəkət edib.
Qeyd edək ki, eyni hadisə Azərbaycan kubokunun "Bakı" – "Xəzər Lənkəran" finalında da yaşanıb. Belə ki, "zolaqlılar" topu Kamran Ağayevə tərəf ötürsələr də, qapıçı topu tuta bilməyib və paytaxt klubu hesabda önə keçib. Lakin "Feirense" futbolçularından fərqli "Bakı"nın üzvləri "fair-play"a riayət etməyərək, oyuna davam ediblər.
)