“Sumqayıt” “Xəzər Lənkəran”la oyun öncəsi futbolçusu Pərdiz Fərcad-Azaddan şad xəbər alıb.
İdmanxeber.com-un məlumatına görə, gənc hücumçu zədəsini sağaldıb və onun bazar günü “Xəzər Lənkəran”la kubok oyununda meydana çıxmasında heç bir problem qalmayıb.
Qeyd edək ki, “Sumqayıt” – “Xəzər Lənkəran” oyunu 15:00-da start götürəcək.