Hal-hazırda "Sumqayıt"la oyuna hazırlaşan "Xəzər Lənkəran"ın məşqində xoşagəlməz hadisə baş verib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubunun zədədən qayıdan futbolçusu Rahid Əmirquıliyev ikili mübarizədə yerdə qalıb. "Ağ-yaşıllar"ın kapitanı yenicə zədəsini sağaltmışdı ki, məşq zamanı Əmirquliyevin yenidən köhnə zədəsini təzələməsi Mustafa Dənizlini pis vəziyyətdə qoyub. Futbolçu məşqi yarımçıq dayandırıb.
Onun "Sumqayıt"la oyunda meydana çıxmayacağı dəqiqləşib.