İspaniyanın “Barselona” klubu yeni baş məşqçi axtarışlarına start verib.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya təmsilçisi mövsümün sonunda Xerardo Martino ilə yollarını ayıracaq.
“Barsa” rəhbərliyi “Liverpul”un çalışdırıcısı Brendan Rocersi hədəfə alıb. Mersisaydlıların baş məşqçisi klubu ilə müqavilə yönündə danışıqlara başlamaması onun digər klublardan təklif alması anlamına gəlir.
“Sunday People”nin verdiyi xəbərə görə, “Liverpul”dan ayrılmaq istəməyən Rocers məsələsində israrını davam etdirir.