29 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov sıx qrafiki nəzərə aldı

“Qarabağ” kuboka hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Qəbələ”ni qəbul edəcək Ağdam təmsilçisi günü tək çalışma ilə bitirib oyunu gözləyəcək.

Bazar günü Premyer Liqada “İnter”i məğlub edən (3:0) komanda dünən yüngül çalışma kifayətlənmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 17:00-da start götürəcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun 0:0 hesabıyla başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43