Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanda “Olimpiakos”u darmadağın edərək, növbəti mərhələyə vəsiqə qazanan “Mançester Yunayted” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar”ın bu oyunda hər 3 qolunu vuran Robin Van Persi matçın son dəqiqələrində zədələnərək yerdə qalıb. Sağ dizindən zədə alan hollandiyalı forvardın vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.