“Xəzər Lənkəran” “Böyük oyun” öncəsi Lənkəranda son məşqini keçirib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, komanda saat 14:00-da Bakıya yola düşəcək.
Komandanın heyətində Tiaqo, Tural Cəlilov zədəli, Rasim Ramaldanov isə cəzalıdır. Deyvid Sakkoninin zədəsi isə qismən sağalıb. Onun “Neftçi”ylə oyunda meydana çıxması gözlənilir. Ancaq bir aydan çoxdur ki, oynamayan Sakkoniyə Dənizlinin şans verəcəyi inandıərıcı görünmür.