22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin kapitanı artıq “Qəbələ” ilə anlaşıb – VİDEO

Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan “TOP TOP” verilişi növbəti buraxılışı ilə futbol həvəskarlarının görüşünə gəlib. 

İdmanxeber.com-un məlumatına görə, “TOP TOP”un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub.

Proqramın bu dəfəki qonaqları Azərbaycan millisinin və “Bakı” klubunun futbolçusu Rauf Əliyev, beynəlxalq dərəcəli hakim, Azərbaycan Tələbə Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyev, “Azərbaycan” qəzetinin jurnalisti Elçin Cəfərov və daimi ekspert Elnur Əşrəfoğlu olub. “TOP TOP”da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Topaz Premyer Liqasının oyunlarından söhbət aparılıb. Qəbələ, Bakı və Lənkəranda baş tutan mərkəzi görüşlərin pərdəarxası məqamlarına toxunulub. “Neftçi”nin kapitanı Rəşad Sadiqovun artıq məlum olan “gələcək taleyi”ndən danışılıb. Verilişin aparıcısı Seyran Babayev olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. “TOP TOP”un videoyazısını təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43