27 Dekabr 2024
Kateqoriyasız

Cavadov ən yaxşıdır, “Qarabağ” dəqiqlikdə, “Xəzər Lənkəran” qeyri-dəqiqlikdə birinci oldu – SİYAHI

Topaz Premyer Liqasının 27-ci turunun rəmzi komandası məlumdur. 

İdmanxeber.com-un məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən üçüncü dövrənin yekun turunda ən yaxşı 11-lik aşağıdakı kimidir:

Qapıçı – Cahangir Həsənzadə (AZAL)

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Admir Teli (Qarabağ), İvan Benitez (İnter), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər – Reynaldo Silva (Qarabağ), Vaqif Cavadov (İnter), Derlis Meza Kolli (İnter), Araz Abdullayev (Neftçi)

Hücumçular – Viktor Mendi (Qəbələ), Başana Sxadadze (İnter)

Turun ən yaxşı oyunçusu isə “İnter”in kapitanı Vaqif Cavadov seçilib.

Topa sahib olmada və dəqiq ötürmə sayında “Qarabağ”, hücum, qapıya zərbə, top itirmədə və künc zərbələrində isə “Xəzər Lənkəran” fərqlənib . “Rəvan” futbolçuları 6 dəfə oyundankənar vəziyyətə düşüb. AZAL futbolçuları isə hamıdan çox – 20 dəfə qayda pozuntusuna yol verib.

Rəqib qapısına ən çox zərbə endirən Marinaldo da Silva (Qarabağ), ən çox dəqiq ötürmə verən isə komanda yoldaşı Riçard Almeydadır (Qarabağ). Hava mübarizələrində “Rəvan”dan Tyaqo Ribeyro hamıdan üstün olub. Ən çox top itirən Etame Mbilla (Xəzər Lənkəran), ən çox topa yiyələnən isə Bədavi Hüseynovdur (Qarabağ).

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43