Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Böyük oyun”dan sonra jurnalistlərə kiçik açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, qurum başçısı oyundan razı qalmadığını dilə gətirib:
“Sakit və normal oyun keçdi. Meydanda mübarizə var idi. Amma komandalardan gözlədiyim oyunu görmədim”.
Qeyd edək ki, qarşılaşma “Neftçi”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb.