12 Yanvar 2025
Kateqoriyasız

“Forza”dan cavab

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun "Nerftçi"nin elə 200 azarkeşi var" – açıqlamasına, paytaxt klubunun "Forza" azad azarkeş qrupundan sərt ismarıc gəlib.

İdmanxeber.com-un məlumatına görə, "Forza"nın yaydığı kiçik bəyanatı təqdim edirik:

"Hüseyn bəy birincisi sənin əgər görmə problemin varsa, özünə eynək sifariş et. Qapı arxasındakı azarkeş ordusuna 200 adam deyirsən. Sən gedib qapı arxasının say tutumu haqda məlumat ala bilərsən. Bizim 3 fan qrupumuz var, amma sizin iki əlin barmaq sayı qədər. Birinci onlara təlim-tərbiyə keçin sonra bizə etikadan danışın".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43