Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "İnter" – "Rəvan" oyunu dayandırılıb.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın təxirə salınmasının səbəbi paytaxtımızda hazırda davam edən anormal hava şəraitidi. Qarın getdikcə güclənməsi matçın baş hakimi Elvin Əsgərəvoun oyunu dayandırması ilə nəticələnib.
Hələ ki, futbolçular paltardəyişmə otağında hakimin verəcəyi son qərarı gözləyirlər.