27 Dekabr 2024
Kateqoriyasız

Məşhur idmançının zorladığı qadın: “Hər şeyi telefonla çəkdi”

Tanınmış idmançı Aleksandr Yemelyanenkonun zorladığı deyilən Polina Stepanova bildirib ki, heç bir pulun müqabilində geri çəkilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, zorlanan qadın bu barədə Life News-a açıqlamasında deyib.

“Mənim rəfiqəm 4 il ərzində onun evində xadimə işləyib. Həmin gün xahiş elədi ki, onu əvəz eləyim. Əvvəl bilmirdim ki, müştəri kimdir. Onun evində ilk günüm idi. O, rəfiqəmə zəng vuraraq evini təmizləməyi xahiş etmişdi. Rəfiqəm isə başqa işdə olduğu üçün məndən getməyimi xahiş elədi”, – o əlavə edib.

Onun sözlərinə görə, rəfiqəsi deyir ki, Yemelyanenko heç vaxt ona qarşı belə hərəkətlər etməyib.

“Rəfiqəm də bilmir ki, o özünü niyə belə aparırdı. Onunla hər zaman normal davranıb.

Polina deyir ki, idmançı həbs olunana qədər geri çəkilməyəcək.

“O məni zorladı və hər şeyi telefonla çəkdi. İstəyirəm ki, onu cəzalandırsınlar”.

Yemelyanenkonun vəkili isə deyir ki, müştərisinin psixikasında problem var.

“Aleksandr peşəkar döyüşçüdür. Yəqin ki, beyni az silkələnməyib. Bu onun psixi vəziyyətinə də təsir edə bilər”, – vəkil bildirib. milli.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43