29 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” ilə oyun öncəsi “İnter”də vitse-kapitan şoku

Həftəsonu “Neftçi”ylə vacib oyuna çıxacaq “İnter” bu matçda aparıcı üzvü Ruslan Əmircanovun xidmətindən məhrum olacaq.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “bankirlər”in vitse-kapitanının zədəsi var. Onun bu matça kimi sağalacağı bildirilsə də, bu baş tutmayıb və böyük ehtimalla Ruslan sabiq klubuna qarşı bu dəfə forma geyinə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43