29 Sentyabr 2024
Kateqoriyasız

Sadıq Sadıqov Yan Versleyenlə görüşdü

“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Neftçi”yə uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru vəzifəsinə təyin edilmiş Yan Versleyeni qəbul edib. 

İdmanxeber.com-un məlumatına görə, görüşdə hollandiyalı mütəxəssis “Neftçi”dəki gələcək fəaliyyət planı ilə bağlı klub prezidentinə məlumat verib. Sadıq Sadıqov “Neftçi”də gənc yerli futbolçulara hər zaman böyük önəm verildiyini, uşaq və yeniyetmə futbolunun inkişafında Yan Versleyenin təcrübəsinin faydalı ola biləcəyini vurğulayaraq, mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Qeyd edək ki, Hollandiyalı mütəxəssis “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarının oyunlarını izləyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43