29 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”də şok üstünə şok

“Nefçi”nin aparıcı futbolçusu Flavinyo həftəsonu “İnter”lə keçiriləcək oyunda meydana çıxmaya bilər.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu “Bakı” ilə oyunda zədələndikdən sonra fərdi məşqlərlə kifayətlənib. 

Futbolçunun “İnter”ə qarşı oyunda iştirakı sual altındadır. Onun oyun günü meydana çıxıb-çıxmayacağı məlum olacaq.

Qeyd edək ki, Karlos Kardozo da sarı kart limitini doldurduğuna görə, “bankirlər”lə oyunda meydanda olmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43