23 Dekabr 2024
Dünyadan

“Çelsi” azarkeşlərindən Mourinyoya jest

“Çelsi” azarkeşləri Joze Mourinyoya İngiltərə Futbol Federasiyası tərəfindən verilən 8 min funt sterlinqi ödəmək qərarına gəliblər.

İdmanxeber.com-un məlumatına görə,minimal hesabla məğlub olduqları “Aston Villa” ilə matçda hakimin Ramiresi sarı kartla cəzalandırmasından sonra Mourinyo meydana girərək, hakimə etiraz etmişdi. London klubunun fanatları isə  portuqaliyalı mütəxəssisə haqq qazandıraraq “Suonsi” və “Sanderlend” komandaları ilə oyunlarda pul toplayacaqlar.

Dünyanın ən çox pul qazanan 3 məşqçisindən biri olan Jozenin bu təklifi geri çevirəcəyi halda, toplanan pul xeyriyyə məqsədi ilə istifadə ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43