“Atletiko”da göstərdiyi oyun və vurduğu qollarla nəhəng klubların diqqətini cəlb edən Dieqo Kosta “Çelsi”yə keçməyə yaxındı.
İdmanxeber.com-un məlumatına görə, London klubu ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Madrid klubunun baş məşqçisi Dieqo Simeone Kostanın komandadan ayrılacağı halda ona mane olmayacaqlarını açıqlayıb:
“Kosta getmək istəsə, mənim üçün problem yoxdu. Buradakı fəlsəfəmiz oyunçuların potensialına çatmasını təmin etməkdi. Falkao “Monako”ya gedəcəyini söyləyəndə ona mənfi cavab verə bilməzdik.
Çünki özü bu klub üçün əlindən gələn hər şeyi etdi və daha çox pul qazanmaq haqqı idi. Yalnız Kosta üçün deyil, Miranda və Qodin üçün də transfer təklifi ala bilərik”.