“Bu gün qələbə bizə çox lazım idi. Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Zaqatala klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:
“Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən Avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.