Bu gün AZAL-la oyunda (1:1) qələbə qazana bilıməyən “Xəzər Lənkəran” heç cür “qara zolaq”dan çıxa bilmir.
İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər”lə matça gələn azarkeş sayı isə həmişəkindən daha da az olub. Hətta stadiona gələn azsaylı yerli fanatlar matç sonunda Mustafa Dənizlini istefaya səsləyiblər.
Türkiyəli mütəxəssis isə matçdan sonra başıaşağı stadionu tərk edərək, azarkeşlərin şüarlarına heç bir reaksiya verməyib.