Kristiano Ronaldo gələcək karyerası ilə bağlı “Marca”ya danışıb.
İdmanxeber.com-un məlumatına görə, “Real”ın ulduz futbolçusu karyerasını bitirdikdən sonra məşqçilik etməyəcəyini bildirib:
“Karyeramı bitirəndən sonra hansı sahədə çalışacağımı bilmirəm. Amma dəqiq olan odu ki, məşqçilik etməyəcəm. Bu, çox mürəkkəb işdi. Mən sadəcə futbol həyatımı davam etdirməyi düşünürəm.Mən harda yaşayacam, karyeramı nə vaxt bitirəcəm? Hələlik bu barədə qərar verməmişəm, amma əgər vəziyyət dəyişməyəcəksə, İspaniyada yaşayacam”.