Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, köməkçiləri Volfqanq Rollf və Ulrix Ştayn Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün saat 17:00-da, Bayıl stadionunda keçiriləcək “Rəvan” – “Neftçi” oyununu izləyəcəklər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.