Ötən gün keçirilən “Xəzər Lənkəran” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Rasim Ramaldanov sıradan çıxmışdı.
İdmanxeber.com-un məlumatına görə, Daniel Subotiçin kobudluğuna məruz qalan milli üzvünün dodağı partlamış və 65-ci dəqiqədə yerini Tural Cəlilova verməli olmuşdu.
Üzü qana boyanan Ramaldanovun dodağına 4 tikiş atılıb. Futbolçunun “İnter”lə oyunadək hazır olacağı deyilir.