AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib.
İdmanxeber.com-un məlumatına görə, iclasda “Neftçi” PFK (“Neftçi” – “Rəvan” oyunundan sonra təhlükəsizliyin təmin olunmaması məsələsi) və “Xəzər Lənkəran” FK (“Qəbələ” – “Xəzər Lənkəran” matçında qonaq azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Neftçi ” PFK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Xəzər Lənkəran” FK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.