“Xəzər Lənkəran”dan istefa verəcəyi gözlənilən Mustafa Dənizli dünən klub rəsmiləri və futbolçularla vidalaşıb.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, vətəninə yollanan Dənizli dünən komanda ilə sağollaşarkən “Xəstəyəm, dünən gecə də yata bilmədim” – deyib.
Dənizlinin “Qalatasaray”dan təklif alması və bu təklifə “yox” deməsi əslində yalandan baş bir şey deyilmiş.
Əldə etdiyimiz məlumata görə, türkiyəli mütəxəssis “Cim-Bom”a idman direktoru təyin olunacaq. Məhz buna görə də, Dənizli uğursuzluğun ardından min bir bəhanə ilə Lənkərandan ayrılıdı.