“Rəvan”ın hücumçusu Oke Akpoveta Azərbaycan tərk edib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, nigeriyalı hücumçu zədəsini əsas gətirərək, yaşadığı Danimarkaya yollanıb.
Əldə etdiyimiz məlumata görə, Oke mövsümün sonunda klubdan ayrılacaq. Son matçlarda sərgilədiyi oyun və bəhanələrlə oyunlara çıxmaq istəməməsi rəhbərliyin sonucda onu komandadan göndərəcəyi ilə bağlı yekunlaşacaq.
Nigeriyalı forvard bu mövsümün sonuna kimi “Rəvan”a kömək edəcək və bundan sonra özünə yeni klub tapmalı olacaq.