“Bizi üç oyun gözləyir: Azərbaycan, Türkiyə və Nigeriya yığmalarına qarşı. Biz bu oyunlarda qələbə qazanmalıyıq. Bu, bizə psixoloji nöqteyi-nəzərdən dünya çempionatına daha yaxşı hazırlaşmaq imkanı verəcək”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann Braziliyada baş tutacaq Dünya Çempionatı ərəfəsində komandasının keçirəcəyi yoldaşlıq oyunlarında öncə deyib.
Almaniyalı mütəxəssis rəqiblərini də dəyərləndirib: “Bu yığmalar çox yaxşı rəqiblərdi. Onlarla oyunlar bizə oyunçularımızın hansı vəziyyətdə olmasını müəyyən etməyə imkan verəcək”.