İspaniyanın “Barselona” klubu yayda nə az, nə çox düz 13 futbolçusu ilə yollarını ayıracaq.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu Pedro Rodriges, Sesk Fabreqas, Aleksis Sançes, Xavyer Maskerano, Dani Alves, Adriano Korreya, Kristian Telyo, Aleks Sonq, Serxi Roberto, Xonatan dos Santos, İbrahim Afellay, Oyer Olasabal və İsaak Kuenka ilə yolları ayırmaq qərarına gəlib.
Bundan əlavə təkcə göndəriləcək futboçular olmayacaq. Baş məşqçi Xerrardo Martino da gedənlərin sırasında olacaq. “Barsa” yeni mövsümdən etibarən “Selta”nın çalışdırıcısı Luis Enrikenin rəhbərliyi altında oyunlara çıxacaq.