23 Dekabr 2024
Ölkə futbolu

Premyer Liqada 33-cü turun “ən”ləri məlum oldu: Cavadov ən yaxşı oldu

Premyer Liqada 33-cü turun ən yaxşı futbolçuları müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumaytlara əsasən ötən turun rəmzi 11-liyi aşağıdakı kimidi:

Qapıçı – Andrey Popoviç (Sumqayıt);

Müdafiəçilər – Elnur Allahverdiyev (Qəbələ), Elvin Yunuszadə (Neftçi), Admir Teli (Qarabağ), Mahir Şükürov (Neftçi);

Yarımmüdafiəçilər – Dejan Blajevski (Xəzər Lənkəran), Luis Paulo Hilario (Qəbələ), Vaqif Cavadov (İnter), Nizami Hacıyev (Qəbələ);

Hücumçular – Etame Mbilla (Xəzər Lənkəran), Viktor Mendi (Qəbələ).

Topaz Premyer Liqasında 33-cü turun ən yaxşı oyunçusu isə “İnter”in kapitanı Vaqif Cavadovdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43