Mövsümü uğursuz qapayan “Xəzər Lənkəran”ın yay hazırlıq planı məlum olub.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubu yeni mövsümə Avstriyada hazırlaşacaq. Lənkəran klubu iyunun 6-da Bakıda bir araya gələcək və bundan sonra komanda Lənkəranda qısa hazırlıq keçəcək.
Komanda bu qısa hazırlığın ardından Avstriyaya yollanacaq. “Ağ-yaşıllar”ın planında 4 hazırlıq matçı var.