"Mənim Zaqatalaya getməməyimin səbəbi yeni mövsüm üçün komandamla bağlı planlarımı icra etməkdi. Hazırda izlədiyim bu matçda ("İnter" – "Qəbələ") bəyəndiyim futbolçular var. Bu səbəbdən burdayam".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Cənub komandasının baş məşqçisi klub prezidenti Mais Mənsimovla görüşyüdünü bildirərək, haqqında yayılan şaiyələrə belə münasibət bildirib:
"Heç yerə getmirəm. Bunlar yalandı. Mais Mənsimovla da görüşdüm. Yeni mövsümlə bağlı planlarımı, istəklərimi ona çatdırdım".