“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “İnter”lə qolsuz heç-heçəni şərh edib.
İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis matçdan sonra bunları deyib:
“Hava çox isti idi. Oyunda yüksək sürət yox idi. Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm”.