27 Dekabr 2024
Ölkə futbolu

Güloğlan Cabbarov AFFA-nın baş katibinə “ilişdi”: “Sumqayıt” Elxan Məmmədovundur, pul yeyilir, silinir, “Rəvan” isə…”

“Neftçi” klubunun sabiq rəisi Güloğlan Cabbarov növbəti dəfə Azərbaycan futbolu barədə fikirlərini bildirib. 

İdmanxeber.com-un məlumatına görə, Cabbarov belə qeyd edib:

“Hamı çox gözəl bilir ki, “Sumqayıt” Elxan Məmmədovun idarəçiliyi altındadır və bu kluba ildə 4 milyon manat ayrılır. Bununla yanaşı, böyük ölçüdə pullar silinir və yeyilir. Amma “Rəvan” özü özünü maliyyələşdirir. Belə olan halda, “Rəvan”ın elitadan haqsız yolla və qəsb edilərək çıxarılması dövlətin malına, puluna xəyanətdən başqa bir şey deyil.

Bu gün futbol aləmi istəyir ki, Azərbaycanda 18 klub olsun. Sumqayıt, Gəncə və Tovuz təmsilçilərinin də bu liqada oynaması hər birimizin arzusudur. Amma sponsor yoxdur. Liqanın bitməsinə iki həftə qalmış “Qarabağ” kimi çempion klubun da “Sumqayıt”a qardaş kimi 3 xal pay verməsi bu liqanın çox səviyyəsiz və ədalətsiz olduğunu göstərir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43