“İnter”in futbolçusu Slavço Georgiyevski daha bir mövsüm “bankirlər”in uğurları üçün tər tökəcək.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Yaponiya və Hindistan klublarından təklif alan Georgievski ilə yeni 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, bundan öncə Bank klubu Baçana Sxadadze, Arif Daşdəmirov, Georgi Lomaya və Laşa Salukvadze ilə yeni müqavilələr bağlamışdı.