24 Dekabr 2024
Ölkə futbolu

Rövnəq Abdullayev mövsümə son yekun vurdu – AÇIQLAMA

“Topaz Premyer Liqasında bu gün keçirilmiş qarşılaşmalarla XXII ölkə çempionatına yekun vuruldu. Mövsüm ərzində bir çox maraqlı oyunların, gərgin idman mübarizəsinin şahidi olduq.

“Qarabağ” klubunu Topaz Premyer Liqasının qalibi olması münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında Ağdam təmsilçisinə uğurlar diləyirəm. O cümlədən UEFA Avropa Liqasında mübarizə aparacaq klublarımıza da qələbə sevinci arzulayıram.

Çempionat başa çatdı və idman prinsiplərinə uyğun olaraq, bu il Topaz Premyer Liqasını sonuncu yerdə başa vurmuş “Rəvan” klubu növbəti mövsümdə mübarizəni Birinci divizionda, müvafiq olaraq, Birinci Divizionun qalibi olmuş “Araz-Naxçıvan” komandası isə yüksək liqada davam etdirəcək. Hər iki kluba növbəti mövsümdə uğurlar arzulayıram”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı kubokun finalına da toxunub:

“Məlum olduğu kimi, mövsümə Azərbaycan kuboku uğrunda yarışın mayın 22-də “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. İnanıram ki, azarkeşlər hər iki komandanın ifasında maraqlı futbol tamaşası izləyəcək və daha yaxşı, daha əzmkar oyun nümayiş etdirən komanda kubok yarışının qalibi olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43