Adı "Araz Naxçıvan"la hallanan "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov komandada qalıb-qalmaması yönündə konkret fikir açıqlamayıb.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun üzvü ona təkliflərin olduğunu, lakin hər şeyin Sadıq Sadıqovla görüşdə müəyyənləşəcəyi bildirib:
"Mən "Neftçi"də qalacam, ya yox, indidən deyə bilmərəm. Ancaq Sadıq Sadıqovla görüşəcəm. İstəyirəm qalım burada. Lakin hələ tam dəqiq deyil".