Mustafa Dənizlinin istefasından sonra hələ də boş qalmış baş məşqçi postuna heç kim gətirilməyib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, cənublular XL-in fəxri prezidenti Mübariz Mənsimovun cavabını gözləyir. Şəxsi işləri ilə əlaqədar Mənsimov hələ ki, yeni çalışdırıcının kim olacağı ilə bağlı göstəriş verməyib.
Onun cavabından sonra "ağ-yaşıllar"ın sükanı arxasına kimin keçəcəyi məlum olacaq.