23 Dekabr 2024
Dünyadan

“İnter”in prezidenti argentinalı futbolçu ilə maraqlandıqlarını açıqladı

İtaliya “İnter”i gözünü “Tottenhem”in futbolçusu Erik Lamelaya dikib.

İdmanxeber.com-un məlumatına görə, Milan şəhərinin klubu ötən mövsüm 31 milyon avro qarşılığında “Roma”dan “Tottenhem”ə transfer olunan argentinalı hücumçu üçün hərəkətə keçib. 

Artıq klubun prezidenti Erik Thohir də açıqlamasında Lamelayla maraqlandıqlarını gizlətməyib.

Qeyd edək ki, “İnter” “Mançester Yunayted”dən Nemanya Vidiçi heyətinə qataraq bu yay ilk transferini reallaşdırmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43