23 Dekabr 2024
Ölkə futbolu

“İnter” çəkildi, “Xəzər Lənkəran” və “Qəbələ” onun üçün “savaşırlar”

“Bakı”nın futbolçusu Cavid Hüseynov komandadakı maliyyə böhranı ucbatından klubu təkr etmək niyyətindədi.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın üzvü 3 klubun maraq dairəsindədi. Belə ki, “Qəbələ”, “Xəzər Lənkəran” və “İnter” Hüseynovu heyətinə qatmağı planlaşdırır. Düzdü Hüseynovun transfer qiymətini olduqca yüksək həddə qaldırması “bankirlər”i geriyə addım atmasına gətirib çıxardıb. Ancaq “Qəbələ” və “Xəzər Lənkəran” Cavidi heyətinə qatmaq üçün transfer çalışmalarını davam etdirirlər.

Onu da qeyd edək ki, Cavid Hüseynovun klubu ilə ilyarımlıq müqaviləsi var.  Futbolçu başqa kluba keçmək istəyirsə ilk növbədə öz klubu ilə məsələni həll etməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43