Mustafa Dənizli “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra bir neçə klubdan təklif alıb.
İdmanxeber.com “bursahakimiyet.com.tr”-yə istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis son olaraq “Bursaspor”dan ona edilən təklifi geri çevirib. Daha doğrusu Bursa təmsilçisinin siyahısında olan Dənizli “Xəzər Lənkəran”dan ayrılmağına baxmayaraq, bu kluba konkret cavab verməyib:
“Düzdü təklif olunub, ancaq rəsmi bir şey olmadığına görə nəisə deyə bimərəm”.
Qeyd edək ki, “Bursaspor”un yeni baş məşqçisi Şenol Günəş olub.