Əlcəzairin "Əl Harraş" klubunun yarımmüdafiəçisi Hamza Aït Ouamar "Neftçi"yə transfer oluna bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə oyunçunun özü məlumat verib.
"Həqiqətən Azərbaycan klubu mənə yaxşı təklif edib. Amma ilk öncə indiki klubumla danışmalıyam, daha sonra qərar verərəm".
Qeyd edək ki, yarımmüdafiəçi "CR Belouizdad" klubunun şərəfini qoruyur. O, 23 yaşlılardan ibarət Əlcəzair millisinin formasını 6 dəfə geyinib.