18 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” yalanladı: “Bu futbolçunu “Neftçi” klubu tanımır, tanımaq belə istəmir”

"Neftçi"nin  Əlcəzairin "Əl-Harraş" komandasının  yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək niyyətində olduğu haqda yayılan xəbərləri klubun mətbuat xidməti yalanlayıb.

İdmanxeber.com-un məlumatına görə, klubun mətbuat ixmdətinin rəhbəri Gündüz Abbaszadə bu xəbərin reklamdan başqa heç bir şey olmadığını bildirib:

“Neftçi” PFK-nın Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək niyyətində olduğu haqda xəbər yayıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, adı çəkilən futbolçunu “Neftçi” klubu tanımır, tanımaq belə istəmir. Əlcazair mətbuatına istinadla yazılmış xəbər həqiqəti əks etdirmir. Bu “Neftçi”nin adından istifadə edərək, özünü reklamdan başqa bir şey deyil. Biz “Neftçi” məni istəyir deyərək, qiymətini qaldırmaq niyyəti güdmüş futbolçular haqda da az məlumat almamışıq. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, “Neftçi” bu yay maksimum 2 transferlə kifayətlənəcək. Yeni mövsümdə Samir Məsimov, Məqsəd İsayev eləcə də digər gənclərimizlə səviyyəli legionerlərin vəhdətindən təşkil olunmuş “Neftçi”nin izləyəcəksiniz. “Neftçi” PFK olaraq strategiyamız komandanı gəncləşdirməkdən ibarətdir. Bu “Neftçi”nin iddiasız olacağı anlamına gəlmir".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43