"Neftçi" müqaviləsi başa çatan Mahir Şükürova yeni sözləşmə təqdim etməyib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, geridə qoyduğumuz mövsümün qalmaqallı futbolçusunun "Neftçi"dən başqa gedəcəyi bor iddialı klub da yoxdu.
Milli komandanın da şərəfini qoruyan Şükürovla heç bir iddialı klub maraqlanmır. "Qəbələ" və "Xəzər Lənkəran" azarkeşlərinə orta barmaq göstərən müdafiəçi sössüz ki, bu klubların diqqət mərkəzində yoxdu. "İnter"in başqanı Georgi Nikolov da Mahir kimi futbolçu istəmədiklərini bildiriblər. Qalır "Bakı" və Qarabağ"…
"Zolaqlılar"ın da Mahirin xidməıtində maraqlı olmadığı haqda məlumat əldə etmişik. Təkcə "Qarabağ" variantı qalır ki, Qurban Qurbanov da oyunu yüksək səviyyədə olan Mahiri, nizam-intizam qaydalarına raiyət etmədiyinə görə, komandaya götürməz.
Lakin digər klublara nisbətən Şükürovun Ağdam klubuna keçmə ehtimalı var.