Mövsüm bitəndən sonra AZAL 11 futbolçusu ilə vidalaşıb.
İdmanxeber.com-un məlumatına görə, komandanı vitse-kapitan Viktor İbekoi də tərk edib.
İbekoi “təyyarəçilər”in təklif etdiyi müqavilədən imtina edib. Hazırda AZAL yeni futbolçularla danışıqlar aparır. Klubun vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi “Facebook” səhifəsndə bildirib ki, klub 15 futbolçu ilə danışıqlar aparır. Onların arasında DÇ-də iştirak edəcək Qana yığmasının oyunçuları da var. Həmçinin Zambiya və Moldova yığmasının oyunçuları ilə danışıqlar gedir. Vitse-prezidentin sözlərinə görə AZAL güclü futbolçularla danışıqlar aparmaq niyyətindədir. Çox güman ki, “təyyarəçilər” yeni mövsümdən TPL-də yüksək yerlər uğrunda mübarizə aparacaqlar.