Almaniya milli komandası dünya çempionatının startına 5 gün qalmış Marko Reusun zədələnməsi ilə sarsılıb.
İdmanxeber.com-un məlumatına görə, Ermənistan ilə yoxlama görüşündə Almaniya millisinin aparıcı üzvü Marko Reus ayağından zərbə alınca meydandan xərəklə çıxarılmalı oldu. Zədəsi ciddi olan futbolçu dərhal xəstəxanaya aparıldı.
Reusun Braziliyadakı mundialda oynayıb-oynamayacağı sual altındadı.