07 iyun 2014 tarixində Azərbaycan Qolf Federasiyasının və Milli Qolf Klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Milli Qolf Turniri keçirilir. Turnirdə Azərbaycan vətəndaşları. Ölkəmizdə əməkfəaliyyəti göstərən əcnəbi vətəndşalar. Eyni zamanda xarici ölkələrdən qatılmış əcnəbi vətəndaşlar da iştirak edirlər.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu mötəbər turnirdə əsas məqsəd qolfçular üçün maraqlı və rəqabətli yarı təşkil etməkdir. Bundan əlavə, əsas hədəf ölkəmiz üçün yeni olan bu idman növünü daha geniş kütləyə çatdırmaq və azərbaycanı yeni qolf ölkəsi kimi dünyaya təqdim etməkdən ibarətdir. Azərbaycan Qolf Federasiyasının qarşıya qoyduğu əsas məqsədlərdən biri də gələcək Olimpiya Oyunlarına milli qolfçuların hazırlanması. Onların iştirakının uğurla təmin olunmasından ibarətdir. Ölkəmiz son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edir. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu mötəbər bynəlxalq tədbirlər ölkəmizin dünyadakı nüfuzunu daha da sarsılmaz edir.
Turnir 18 dəlikli “Mixed Stroke Play” formatında təşkil olunmuşdur. Bir mərhələdən ibarət olan turnirdə müxtəlif “handicap” göstəricisinə malik olan həvəskar qolfçular iştirak edirlər. Turnirdə 50 oyunçu arasında 44 kişi oyunçu ilə bərabər 6 nəfər xanım həvəskar oyunçular da iştirak edirlər. Oyunçuların uğurlu iştirakı üçün təşkilatçılar tərəfindən bütün şərait yaradılmışdır. Belə ki, iştirakçılara turnirdən iki gün öncə təlim günləri təyin edilmiş və turnir ərəfəsində Bakı və Quba şəhəri arasında qonaqlar və iştirakçılar üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır.
Turnirdən öncə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov öz nitqli ilə turniri açıqelan edərək bütün iştirakçılara uğur arzuladı. Anar Məmmədov öz çıxışında bildirdi ki, Azərbaycanda keçirilən belə turnirlər qolfun inkişafında mühüm əhəmiyyət kəsb edərək gənc nəsin bu idman növünə olan marağını daha da artırmağa xidmət edir. Eyni zamanda Azərbaycanı dünya qolf aləminə tanıdır.
Federasiya prezidenti onu da qeyd etdi ki, yerli telekanallarla yanaşı, bir neçə xarici telekanallar vasitəsilə təqdim olunan bu turnir Azərbaycanda qolfun inkişafına böyük təkan olacaqdır.
Turnirdə I, II, III yerləri qazanmış oyunçular kubok və müxtəlif mükafatlarla təltif olunurlar. Iştirak edəcək oyunçuların ödədikləri qeydiyyat haqları isə xeyriyyə məqsədi üçün istifadə olunacaqdır. Belə ki, əldə olunan bu gəlir “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə əlilliyi olan uşaqlar üçün əlil arabalarının alınmasına sərf olunacaq.
Proqrama daxil olan digər xeyriyyə tədbiri isə “Nargis Fund” və “Olive Project” tərəfindən təşkil olunmuş xeyriyyə hərracıdır. Hərrac üçün “YAY” Gallery müasir incəsənət kommersiya təşkilatı və “Vault Prive” lyuks klassa centlemen klub butiki öz əşyalarını təqdim edir. Incəsənət əsərləri arasında – rəsm, heykəl və kişi aksessuarları da var. Hərracdan əldə edilmiş gəlir “Nimann Pik” adlanan genetik xəstəliyinin Azərbaycanda yeganə daşıyıcısı olaraq Səhiyyə Nazirliyinin qeydiyyatına düşmüş azyaşlı Şəhriyar Əliyevin müalicəsi üçün sərf olunacaq.
Turnirin əsas mükafatı BMW X1 avtomobilidir. Bu mükafat “holl in one”da udulacaq. Bunun üçün oyunçuların bir zərbə ilə topu dəliyə salması şərtdir.