“Qalatasaray” baş məşqçisi Roberto Mançini ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, italiyalı mütəxəssis özü istefa verib.
Klubun rəsmi saytında yer alan xəbərə görə, Mançini özü “Qalatasaray”dan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, Roberto Mançini 2013-cü ilin oktyabr ayında Fatih Terimin əvəzinə “Qalatasaray”ın baş məşqçisi təyin olunub.