Hollandiyaya gözlənilmədən darmadağın olan (5:1) İspaniya millisində qapıçı şoku yaşanır.
İdmanxeber.com-un məlumatına görə, İspaniya millisinin qolkiperi David De Xea məşqdə zədələnib. “Mançester Yunayted”in şərəfini qoruyan qapıçı həmin müayinəsindən keçdikdən sonra onun azı 10 gün yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Hətta yayılan məlumatlara görə, De Xea İspaniya millisinin mundial üçün açıqlanmış heyətindən çıxarıla bilər.